Azərbaycanda avtomobil sektorunun sağlamlaşdırılması üçün təkliflər verilib - FOTO

Yanvarın 27-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib.
Bu barədə Avtosfer.az-a AYNA-dan bildirilib.
İclas çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin 2024-cü il üzrə icrasının nəticələri barədə məlumat verilib. Bildirilib ki, Yol Xəritəsinin əsas fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş bütün tədbirlər ötən dövr ərzində müvəffəqiyyətlə icra edilib, bir sıra tədbirlərin icrası 2025-ci ildə də davam etdiriləcək.

Yol Xəritəsinin icrası çərçivəsində qeyd olunub ki, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər görülüb, elektrik mühərrikli avtobusların idxal gömrük rüsumu 1 yanvar 2025-ci il tarixinədək “0”a endirilib, elektrik avtomobillərinin ehtiyat hissələrinin keyfiyyətinə dair müasir təcrübəyə uyğun milli standartlar qəbul edilib, mikromobillik infrastrukturu yaradılıb, mikromobilliyə dair yeni anlayışlar qanunvericiliyə daxil edilib, elektromobillik üzrə Milli Planın layihəsi hazırlanıb, ölkə ərazisində Elektrikdoldurma infrastrukturu genişləndirilib, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində nəqliyyat vasitələrinin sayını azaltmaq və daha yaxşı, təhlükəsiz mühit yaratmaq məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması üzrə tədbirlərin icrasına başlanılıb, eləcə də Bakı şəhərində elektrik və ekoloji təmiz CNG avtobusları istismara verilib.
İclasda, həmçinin altqrupun 29 oktyabr 2024-cü il tarixli iclasının Protokolunda qərara alınan tədbirlərin icra vəziyyətinə dair müzakirələr zamanı bildirilib ki, Azərbaycanda elektrikdoldurma xidmətinin normativ hüquqi bazası ilə bağlı mövcud vəziyyət araşdırılıb, “Azərişıq” ASC tərəfindən Azərbaycanın elektrikdoldurma xidməti bazarı üçün Vahid Platforma hazırlanıb və elektrikdoldurma xidməti göstərən bütün elektrikdoldurma məntəqələrinin Vahid Platformaya inteqrasiyası üzrə işlərə başlanılıb.
İclas zamanı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən ölkəmizin avtomobil sektorunda mövcud vəziyyətin icmalı, tendensiyalar, çağırışlar və təkliflər mövzusunda təqdimat edilib, Azərbaycan avtomobil sektorunun sağlamlaşdırılması üçün təkliflər verilib.
Həmçinin təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması üzrə mövcud vəziyyət və çağırışlar mövzusunda fikir mübadiləsi və altqrupun 2025-cü il üçün Yol Xəritəsinin hazırlanmasına dair müzakirələr aparılıb.

Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri, Baş prokuror və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










