Benzinin qiyməti ilə bağlı SOCAR-dan YEKUN AÇIQLAMA

"Ölkəmizdə fəaliyyət göstərən "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel və A-92 yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur".
Bunu Avtosfer.az-a açıqlamasında "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib. Üzeyir Həbibbəyli deyib ki, qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir. Neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində "SOCAR PETROLEUM" QSC-ə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir: "Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün "SOCAR PETROLEUM" QSC-ə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər. "SOCAR PETROLEUM" QSC ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. Yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilməyib. Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri tarif şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir".
Qeyd edək ki, benzinin bahalaşacağı barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












