Reklam

Azərbaycanda bu baş versə, separatizm meyilləri güclənə bilər – FİLOSOFDAN PROQNOZ

Gündəm 6 Sentyabr 2024 16:08 Oxunub 386
Azərbaycanda bu baş versə, separatizm meyilləri güclənə bilər – FİLOSOFDAN PROQNOZ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda 1988-ci il azadlıq hərəkatı başlayana qədər SSRİ-nin baş ideoloqları tərəfindən ölkədə vahid ideologiyanın yaranmasına, təbliğinə mane olunurdu. SSRİ hakim olduğu dövlətlərdə yalnız öz ideologiyasına şərait yaradırdı. Lakin xalqların sümürülən sərvətlərin qarşılığında yalnız əziyyət, təhqir, şiddət görməsi onları bütün qırmızı xətləri tapdayıb azadlıq uğrunda mübarizəyə məcbur etdi. 1988-ci ildə “Azadlıq” meydanına toplananların da, 1990-cı il yanvarın 19-u gecə tankın önünə əliyalın çıxanların da tək məqsədi vardı. Azad Azərbaycan arzusu. Bəli həmin şəxslər Azərbaycanın azadlığının təminatında möhkəm sütün rolunu öz üzərlərinə götürdülər.

1991-ci ilin noyabrın 20-də Qarakənd faciəsində dövlətin ən önəmli şəxslərinin öldürülməsindən sonra əl-qolu açılan Ermənsitan Qərbdəki “dayı”larına arxalanıb illərlə davam etdirdiyi işğalçılıq siyasətini daha da şiddətləndirdi. Hadisədən cəmi 35 gün sonra Xankəndini işğal etdilər. Bu hadisə Azərbaycanda hakimiyyət uğrunda mübarizə üçün bəhanə oldu. Xocalı faciəsinin baş verməsi isə ölkədə dövlət zəncirinin bütün halqalarını qopardı. Ölkə pərən-pərən olmuşdu. Heydər Əliyevin hakimiyyət illərində imzalanan atəşkəs sazişinə qədər nə dövlət, nə də xalq özünü toparlaya, vahid düşmənə qarşı cəbhə ala bilmirdi. Heydər Əliyevə qədərki dövlət başçıları ölkə əhalisini yalnız səbrli olub gözləməyə dəvət edirdi.

Ölkədə nisbi stabillik yarandığı andan etibarən əhaliyə, xüsusən də gənc nəslə Qarabağ, vahid Azərbaycan ideyası aşılanmağa başladı. 2020-ci ilə qədər ölkədəki bütün ibtidai və orta təhsil müəssisələrinin divarlarında, nümayiş guşələrində və dərsliklərdə şagirdlərə rayonların işğal tarixlərini unutdurmamaq üçün bu qəbildən olan yazılar daim göz önündə tutulurdu.

Artıq Azərbaycanda mühairəb başa çatıb. Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. Torpaqlarımız azad edilib, ölkədəki seperatçı qüvvələrin bir hissəsi ərazilərimizdən qovulub, bir hissəsi isə Azərbaycanın həbsxanalarında bizim qanunlarımızla cəzasını çəkir. Bu gün isə maarifçi təbəqəni narahat edən ən vacib məsələ isə - müharibədən sonrakı dövrdə əhaliyə hansı ideyaların təbliğatı Azərbaycanın bu günü, eləcə də sabahı üçün inkişafa aparan yol hesab edilə bilər - düşüncəsidir.

Mövzu ilə əlaqədar Azərbaycan Respublikasının keçmiş dövlət katibi və baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Avtosfer.az-a açıqlamasında deyib ki, hazırda ölkənin qarşısındakı əsas məqsəd çağdaş siyasi mədəniyyətlər siyahısında, hər bir vətəndaşı üçün layiqli və qanunasöykənən  cəmiyyətin qurulmasıdır.

“Şübhəsiz ki, Azərbaycanın bütövlüyü, torpaqların birləşdirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni geosiyasi güc olaraq formalaşması dövlətin əsas siyasi xəttidir. Mən əminəm ki, bu hədəflər yerinə yetiriləcəkdir. Bununla da Azərbaycan tam sosial-demokratik, öz vətəndaşının layiqli həyat tərzini təmin edən dövlətə çevriləcək. İndiki nəsillərin qarşısında duran da məhz bu vəzifədir. Gələcək nəsillər isə Azərbaycanı dünyanın taleyini müəyyən edən dövlətlərdən birinə çevirmək məsuliyyətini öz üzərinə götürüb nail olmalıdır”.

Pənah Hüseyn onu da qeyd edib ki, həmin ideyalar istər ailə, istərsə də dövlət tərəfindən yeni nəslə aşılanmalıdır. Bunun üçün təhsil müəssisələri də öz üzərinə düşəni etməldir.

Məsələnin fəlsəfi tərəfi ilə bağlı filosof Müşfiq Ötgün bildirib ki, Azərbaycanlıların ideologiyasının mərkəzində Azərbaycan durmalıdır.

“Müharibədən əvvəlki dönəm üçün də, müharibədən sonrakı dönəm üçün də, bizim məqsədimiz Azərbaycanı müasir burulğanlı, turbulent geosiyasi proseslərin fonunda qorumaq və bütün qlobal çağırışları gecikmədən qarşılamaq olmalıdır. Və ideologiyamızı da bu məqsəd formalaşdırmalıdır. “Öncə Vətən!” prinsipi. Ölkəmizə qarşı olan ideoloji təhdidlər də bu baxımdan zamanında dərk edilməli və ənənənəvi, Azərbaycanı Azərbaycan edən mənəvi dəyərlər, prinsiplər əsasında cavablandırılmalıdır. Məlumdur ki, çox zaman“müasirlik”, “humanizm”, “bərabərlik”, “feminizm”, “demokratiya” və s. adı altında əslində çox çirkin ideloji təhdidlərlə üz-üzə qalırıq. Ölkə insanlarının şüuruna bu cazibəli etiketlər altında əslində min illərin sınağından çıxmış dəyərləri gözdən salan, onları işləməz hala gətirəcək məzmunun aşılanmasına cəhdlər göstərilir. Hədəf də cəmiyyətin, xalqın birliyi, vəhdəti, xalq-dövlət münasibərləri, ailə institutudur. Azərbaycan cəmiyyəti Qərbin son onilliklərdə apardığı və israrla bütün dünyaya sırımaq istədiyi bu eksiztensial eksperimentlərə ehtiyatla yanaşmalı və ideoloji mübarizənin fərqində olmalıyıq. Naiv olmaq zamanı deyil. Xalq öz tarixi şüurunu, ənənəvi ailə institutunu və dini əqidəsini yüksəkdə tuta bilməlidir ki, bu müasir təhdidlərə cavab verərək gələcəyini təmin edə bilsin. Ənənəvi dəyərlər sistemini böhrana gətirəriksə, ilk növbədə bu ailə institutunun böhranına gətirib çıxaracaq, bu da 10 il sonra demoqrafik kollaps yaradacaq. Əhalisi azalmış xalq özünü müdaifə etməz hala gələcəkdir. Xalqın vəhdət şüurunun zədələnməsi isə separatizm meyllərini gücləndirə bilər”.

Müşfiq ötgün sonda vurğulayıb ki, yerli filosoflar “müasir” adlandırılan tendensiyaların əleyhinə çıxmaqdan çəkinməməlidirlər.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh