Azərbaycanda dördüncü doza vaksin məcburi olacaq? - Açıqlama

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bu artım əhali arasında bir sıra şayiələrin yayılmasına gətirib çıxarır. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksin məcburi olacaq.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, hazırda dördüncü doza vaksinin məcburiliyi real deyil.
"Hal-hazırda Azərbaycan COVID-19 vaksinin dördüncü dozası mümkündür. Amma bu könüllülük prinsipi əsasında olur. Əgər şəxsin ən sonuncu vaksinasiyasından 6 ay keçibsə, təkrar vaksinasiya edə bilər. Payız aylarında yoluxma sayı artsa, dördüncü doza vaksin ola bilər. Lakin bunu əvvəldən demək doğru deyil. Məcburi xarakter o zaman daşıya bilər ki, yoluxma sayı, xəstəxanalara yerləşdirmə ehtiyacı, ağır xəstə riskləri artsın. Əgər xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanaya yatış tələbi artarsa, qarşıdakı günlərdə bəzi məhdudiyyətlər tətbiq oluna bilər. Təbii ki, bu məhdudiyyətlər arasında təkrar vaksinasiya, dördüncü doza məcburi ola bilər. Amma bu gün üçün mən dördüncü dozanın məcburiliyini real hesab etmirəm",- deyə V.Əliyev bildirib.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












