Azərbaycanda insanlar ən çox bu xəstəliklərdən həyatını itirir - İNFOQRAFİKA

Ötən il Azərbaycanda müxtəlif səbəblərdən 58 909 ölüm halı qeydə alınıb. Avtosfer.az "Bizim.Media"nın mövzu ilə bağlı hazırladığı infoqrafikanı təqdim edir:

Ötən il ölkəmizdə ən çox ölüm qan dövranının xəstəlikləri səbəbindən baş verib. Bu xəstəliklərə görə 33 289 nəfər dünyasını dəyişib.
İkinci yerdə ürəyin işemik xəstəlikləri yer tutur. Xəstəlikdən 12 162 nəfər vəfat edib.
Üçüncü yerdə 9 681 ölüm halı ilə xərçəng xəstəliyi yer tutur.
Sıralamanı klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalardan ölüm halı davam etdirir. Bu səbəblərdən 3 720 ölüm halı qeydə alınıb.
Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2 714, sinir sistemi xəstəliklərindən 2 286, həzm sistemi xəstəliklərindən 1 964, tənəffüs sistemi xəstəliklərindən 1 450;
endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından 1 154, sidik-cinsiyyət sistemi xəstəliklərindən 1 134;
perinatal dövrdə meydana çıxan bəzi hallardan 735;
bəzi infeksion və parazitar xəstəliklərdən 504, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 140, qan və qanyaradıçı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntulardan 84,
dəri və dərialtı toxumanın xəstəliklərindən 15, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən 10 nəfər vəfat edib.
İndi isə son illərdəki statistikaya nəzər salaq.
Ümumiyyətlə, 1990-cı ildən bəri hər il ən çox ölüm sayı məhz qan dövranı sisteminin xəstəliklərindən baş verib. Bu xəstəlikdən ən çox ölüm sayı isə 2021-ci ildə qeydə alınıb - 41 708.
Siyahıda illər üzrə ən çox ölüm səbəbi yaradan ikinci xəstəlik yenidəntörəmələrdir.
Bu xəstəlikdən ölüm rekordu isə 2023-cü ilə aiddir - 9 818.
Zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən baş verən ölüm halı 3-cü yerdədir. Ən çox ölüm halı isə 1994-cü ilə aiddir - 7 271.
Eyni zamanda 1990-cı ildən bəri ən çox ölüm halı 2020-ci ildə qeydə alınıb - 75 647. Bu rəqəmin yüksək olmasında koronavirusun da təsiri böyük olub.
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır










