Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi açıqlandı

Hazırda Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi 1,1-dir.
Avtosfer.az xəbərinə görə, ölkədə koronavirusa yoluxduğu qeydə alınan 187 336 nəfərin 2 050-si dünyasını dəyişib ki, bu da virusa yoluxan hər 1 000 nəfərdən 12-nin vəfat etməsi deməkdir.
Dünyada ümumilikdə bu günə qədər təxminən 75 milyona yaxın insan koronavirusa yoluxma qeydə alınıb, onlardan 1,6 milyondan artıq insan vəfat edib. Bu isə o deməkdir ki, dünyada yoluxanların ölüm faizi 2,2-dir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son statistikaya (16 dekabr) görə ümumilikdə ölkədə virusa yoluxanların sayı 187 336 nəfər təşkil edir. Onlardan 122 859 nəfəri artıq sağalıb. Hazırda 62 427 aktiv xəstə var. İndiyə qədər virusa yoluxan 2 050 nəfər isə dünyasını dəyişib. Ötən gün 4 077 nəfər də virusa yeni yoluxan kimi qeydiyyata alınıb. Virus başlayandan bu günə kimi Azərbaycanda 1 998 577 müayinə aparılıb.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












