Azərbaycanda sel və daşqınlara qarşı tədbirlər genişləndiriləcək, kəhrizlər bərpa olunacaq

2025-2027-ci illərdə Azərbaycanda sel və daşqın hadisələrindən mühafizə tədbirlərinin genişləndirilməsi planlaşdırılır. Avtosfer.az bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində məlumat əldə edib. Məlumata görə, 2025-ci ildə sel və daşqın təhlükəsi olan çayların və riskli ərazilərin monitorinqi və xəritələşdirilməsi aparılacaq. 2026-cı ildə həmin ərazilərdə sahilbərkitmə və mühafizə bəndlərinin inşası nəzərdə tutulur. 2027-ci ildə isə riskli zonalarda sel və daşqınların təsirlərinin azaldılması istiqamətində tədbirlər həyata keçiriləcək. Eyni zamanda, 2025-2027-ci illərdə kəhriz sistemlərinin bərpası və yenidən qurulması planlaşdırılıb. İlk mərhələdə – 2025-ci ildə bərpa və yenidən qurulması zəruri olan kəhrizlərin siyahısı hazırlanacaq. 2026-cı ildə bu istiqamətdə layihələndirmə və icra işləri görüləcək, 2027-ci ildə isə su təminatında istifadədə olan kəhrizlərin sayının artırılması nəzərdə tutulur. Artıq ilkin olaraq 12 rayon ərazisində 124 kəhrizə baxış keçirilib və elmi-tədqiqat işləri aparılıb.
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO











