Azərbaycanda taksi sürücüləri vahid forma geyinəcək? - AÇIQLAMA

Xidmət sektorunun əsas qayəsi müştəriyə rahatlıq, təhlükəsizlik və etibarlılıq təqdim etməkdir.
Lakin taksi fəaliyyəti kimi gündəlik təmasın yüksək olduğu sahələrdə bu prinsiplərin pozulması həm xidmətin keyfiyyətinə, həm də ictimai narazılığa səbəb olur. Xüsusilə bəzi sürücülərin şəxsi gigiyena normalarına əməl etməməsi, avtomobillərin təmizliyinə və səliqəsinə laqeyd yanaşması xidmət standartlarının aşağı düşməsinə yol açır.
Taksi bazarının genişlənməsi ilə bu kimi hallar daha aydın görünməyə başlayıb və artıq təkcə etik məsələ yox, hüquqi tənzimləmə tələb edən sistemli problemə çevrilib. Məhz buna görə də qanunvericilik bazasında gigiyena və səliqə standartlarının konkretləşdirilməsi, sürücülərin məsuliyyətinin artırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi günün aktuallığına çevrilir.
Bu istiqamətdə hansı tənzimləmə mexanizmlərinin tətbiq oluna biləcəyi isə problemlərin davamlı şəkildə aradan qaldırılması üçün əsas suallardan biridir.
Mövzu ilə bağlı açıqlama verən deputat Aqil Abbas deyib ki, gündəlik olaraq taksidən istifadə edən biri kimi müxtəlif xidmət səviyyələri ilə qarşılaşır:
"Lakin etiraf etməliyəm ki, məhz Naxçıvanda taksilərin ümumi intizamı, qayda-qanuna riayət edilməsi və sərnişinə olan münasibət digər yerlərə nisbətən daha xoş təsir bağışlayır. Avtomobillərdəki səliqə, sürücülərin etik davranışı və xidmət mədəniyyəti bu təcrübəni daha da dəyərli edir".

Aqil Abbas: Avtomobillərdəki səliqə, sürücülərin etik davranışı və xidmət mədəniyyəti bu təcrübəni daha da dəyərli edir
O qeyd edib ki, Naxçıvanda taksi xidmətindən istifadə etmək insanda xüsusi bir rahatlıq və mədəni xidmət hissi yaradır:
"Şəhərdə fəaliyyət göstərən taksilərin həm vahid formada geyinən sürücüləri, həm də təmiz və səliqəli avtomobilləri diqqəti dərhal cəlb edir. Ümumilikdə, taksi sərnişini olmaq mənim üçün həm rahatlıq, həm təhlükəsizlik, həm də mədəni xidmət baxımından ən xoş təcrübələrdən biri kimi yadda qalıb".
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Rusiyadan “Tramp Marşrutu” ilə bağlı açıqlama: Vəziyyət dəyişə bilər
ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
Bakı vahid nəqliyyat sistemi nə vəd edir? – ŞƏRH
Nəsimidə sürücülərə təhlükə yaradan yaşıllıq budandı - VİDEO
Prezidentlə xanımı Fəxri xiyabanda - FOTOLAR - YENİLƏNİB










