Azərbaycanda “uşaqpulu”nun verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlətin digər dəstək mexanizmləri işlək vəziyyətdədir. Vətəndaşların ünvanlı sosial yardıma çıxışı mütəmadi olaraq təmin edilir.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Hidayət Abdullayev "uşaqpulu"nun verilməsi ilə bağlı suala cavab verərkən deyib.
O bildirib ki, bir yaşına qədər uşağı olan ailələr digər müavinətlərlə təmin olunur:
"Eyni zamanda, müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərin uşaqları da dövlət nəzarətindədir. Bu sahədə müvafiq dəstək mexanizmləri işlənilir. "Uşaqpulu" isə sovet dövründə bir stimul idi ki, bunu ailələrdə uşaqların sayının çox olması üçün edirdilər. Azərbaycanda hazırda belə problem yoxdur. Demoqrafiya baxımdan bu, əlverişli üsul deyil. Dediyim kimi, dövlətin digər işlək mexanizmləri hazırda mövcuddur. Vətəndaşların dəstək mexanizmlərinə çıxışının asanlaşdırılması istiqamətində müvafiq işlər aparılır".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












