Azərbaycanda yığılan 301 avtomobil anbarlarda qalıb

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1210 ədəd minik avtomobilləri istehsal edilib (yığılıb). Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 270 ədəd və ya 28,7% artıb. 01.08.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 301 ədəd təşkil edib.
Cari ilin 7 ayı ərzində Azərbaycanda 303 ədəd traktor istehsal edilib. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 25.6 faiz azalıb. 01.08.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 29 ədəd təşkil edib.
Qeyd edək ki, Azərbaycanda yığılan minik avtomobillərinin böyük hissəsi dövlət tərəfindən alınır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər və Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar.
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO











