Azərbaycanda RƏZALƏT: ata iki qızını bir direktora ərə vermək istədi

Yardımlıda qadını bacısının əri ilə evlənməyə məcbur ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib. O bildirib ki, Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib:
“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap-sağlam olan bacısının mövcud ərinin onu evlənməyə məcbur etməsi, ailəsinin – ata və qardaşının bu izdivacda həmin "ərə" yardım etməsidir. Həmin şəxs qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq zorla onda ərdə olmasını tələb edib. Orta əsr qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur”. Eyni zamanda M. Zeynalova bildirib ki, Yardımlıdan polis əməkdaşı ona zəng vurub və sığınacaqda Yardımlıdan qadının olub-olmadığını soruşub:
“Bildirdik ki, var. Dedi həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, polis deyib ki, qadın axtarışa verilib, gətirməliydim. Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşımıza, amma polis hədənin qarşısını almayıb”.
Mehriban Zeynalova qadının sığınacağa yerləşdirildiyini deyib:
“Bu arada Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdarlıq edirik ki, qadına dərhal ilkin yardım göstərib. Həm uşağa, həm də qadına qida və ayaqqabı alıb və sığınacağa istiqamətləndirib”.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











