Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya

Deputat Qüdrət Həsənquliyevin təklifi Milli Məclisdə müzakirəyə səbəb olub.
Deputat bildirib ki, yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adı dəyişdirilməlidir:
"Yeni konstitusiya dəyişikliklərində ilk nəzərdə tutulan məsələ Azərbaycan dövlətinin adı olmalıdır. Biz bütöv Azərbaycanın cəmi 20%-ni təşkil edirik. Ona görə bizim haqqımız yoxdur ki, Azərbaycan adına iddia edək. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır".
Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin deputatı Arzuxan Əlizadə Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, Qüdrət Həsənquliyevin bu təklifi əvvəllər də səsləndirilib:

"Azərbaycan iki hissəyə bölünüb. 1813 və 1828-ci Türkmənçay və Gülüstan müqavilələri Azərbaycan iki hissəyə bölünüb. Sonrakı dövrlərdə bu cür təkliflər mütəmadi olaraq səslənib ki, Azərbaycanın adı Şimali Azərbaycan adlandırılsa, daha məqsədəuyğun olar. Bir parçamız Cənubdadır. Bu baxımdan da, Qüdrət bəy belə təkliflə çıxış edə bilər. Hər kəsin belə təkliflərlə çıxış etmək hüququ var. Amma fikrimcə, bu, hələ çox tezdir".
Arzuxan Əlizadə təklifi hazırkı dönəm üçün reallaşması mümkün olmayan məsələ kimi qiymətləndirib:
"Bəlkə də yanılıram, amma indiki həssas məqamda bu cür məsələlərin gündəmə gəlməsi, yumşaq desək, doğru deyil. Zamana ehtiyac var".
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












