Azərbaycanın mülki hava limanları ötən ay 530 min sərnişinə xidmət göstərib

Bu ilin sentyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 530 mindən çox sərnişinə xidmət göstərib.
Avtosfer.az "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 78% çoxdur.
Ötən ay təkcə Heydər Əliyev Beynəlxalq Aeroportunun xidmətindən 461 min sərnişin istifadə edib ki, bunun da 412 mini beynəlxalq reyslərin sərnişinləri olub.
Ay ərzində AZAL və onun aşağı büdcəli törəməsi “Buta Airways” daxili reyslər üzrə 164 min, beynəlxalq reyslər üzrə isə 56 min sərnişinə xidmət göstərib. Bu da beynəlxalq daşımaların 47%-ni təşkil edib.
Sentyabrda 29 xarici aviaşirkət Bakı hava limanına müntəzəm reyslər yerinə yetirib. AZAL и “Buta Airways”i nəzərə almadan, ən çox sərnişini “Aeroflot”, “Turkish Airlines” və “Utair” aviaşirkətləri daşıyıb.
Ötən ay Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Ər-Riyad, Ankara, Əbu-Dabi, Təl-Əviv, İzmir və Antalya şəhərləri daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 276 min sərnişinə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
Bu ilin iyun ayında hava limanı Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu 5-ci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.
Bundan əlavə "Skytrax" tərəfindən Bakı hava limanını ən yüksək "5 ulduz" reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











