“Azərlotereya” ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTO

Ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2021-ci il üzrə maliyyə hesabatını təqdim edib.
“Azərlotereya” ASC 2021-ci il hesabat dövründə mənfəət vergisi olaraq dövlət büdcəsinə daxilolma əvvəlki ilə görə 290 faiz artaraq 5,1 milyon manat təşkil edib.
Şirkətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı yaranmış bütün vergi öhdəlikləri qanunvericiliyə uyğun olaraq zamanında ödənilib, hər hansı bir vergi öhdəliyi qalmayıb.
2021-ci ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 147 faiz artaraq 43,9 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub. Bu göstərici 2020-ci illə müqayisədə 212 faiz artıb.
Bununla yanaşı, şirkətin ümumi mənfəəti 170 faiz artaraq, 7,7 milyon manatdan 20,9 milyon manata yüksəlib, xalis mənfəəti isə 73 faiz artaraq 7,6 milyon manata çatıb.
2021-ci il ərzində şirkət 5,6 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 1,1 milyon manatdan 6,7 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2021-ci ilin sonu cəmi aktivləri 31,8 milyon manat təşkil edib. Şirkətin 2020-ci ilin sonunda cəmi aktivləri 11,1 milyon manat olub.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin cəmi kapitalı 33 faiz artaraq, 9,7 milyon manata çatıb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ















