Bağlaması yolda olanların nəzərinə - Qaydalar dəyişir

Dövlət Gömrük Komitəsi (DGK) xarici saytlardan alış-veriş edən və “Smart Customs” platformasından istifadə edən vətəndaşlara mühüm xəbərdarlıq edib. Artıq elektron ticarət bəyannamələrinin təqdim edilməsi qaydasında ciddi dəyişiklik edilir və vərdiş etdiyimiz bəzi giriş üsulları qüvvədən düşür. Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, rəsmi məlumata görə, 2026-cı il iyunun 1-dən etibarən “Smart Customs” mobil tətbiqi və “e.customs.gov.az” portalında şəxsiyyət vəsiqəsinin FİN nömrəsi və parolla “Elektron Ticarət Bəyannaməsi” xidmətinə daxil olmaq mümkün olmayacaq. Bu o deməkdir ki, bağlamalarını bəyan etmək istəyənlər mütləq şəkildə daha təhlükəsiz identifikasiya vasitələrindən istifadə etməli olacaqlar. Gömrük orqanları vətəndaşlara indidən hazırlıqlı olmağı və bəyanetmə prosesində problem yaşamamaq üçün alternativ giriş üsullarına keçməyi tövsiyə edir. İyunun 1-dən sonra sistem yalnız “Asan İmza”, “SİMA” rəqəmsal imzası və ya “MYGOV / QR” vasitəsilə müraciətləri qəbul edəcək. Xüsusilə “SİMA” rəqəmsal imzasının əldə edilməsinin pulsuz və mobil telefon üzərindən sürətli olduğunu nəzərə alsaq, istifadəçilərin bu keçidə uyğunlaşması üçün hələ kifayət qədər vaxtı var. Lakin son günü gözləmədən bu vasitələrdən birini aktivləşdirmək, gələcəkdə bağlamaların gömrükdə qalması riskini sıfıra endirə bilər. Görünən odur ki, qurum fərdi məlumatların təhlükəsizliyini daha yuxarı səviyyəyə qaldırmaqda qərarlıdır.
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX












