Bakı hava limanı Karbon Akkreditasiyası proqramı üzrə 2-ci səviyyəyə nail olub

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı üzrə 2-ci Səviyyə (Reduction) Sertifikatına layiq görülüb.
Avtosfer.az bu barədə hava limanına istinadən xəbər verir.
Bu akkreditasiya son üç ildə karbon tullantılarının azaldılmasını təsdiq edərək, Bakı aeroportunun dayanıqlı inkişaf və iqlim dəyişikliyinin təsirinin azaldılması üzrə strateji addımını nümayiş etdirir. ACA proqramını Beynəlxalq Hava Limanları Şurası (ACI) yaradıb, hava limanlarında karbon tullantısının azaldılmasına yönəlmiş yeganə ixtisaslaşmış proqramdır. Bakı hava limanı ilkin mərhələni (Mapping) keçərək 2-ci Səviyyəyə (Reduction) nail olub, su təchizatı, istilik, havalandırma, işıqlandırma və kondisionerləşdirmə sistemlərinin modernləşdirilməsini uğurla həyata keçirib. Bu tədbirlər R-22 soyuducusunun və civə buxarının istifadəsini aradan qaldıraraq karbon izinin daha da azaldılmasına töhfə verib.
“Heydər Əliyev Beynəlxalq Aeroportunun, Azərbaycanın ən işlək hava limanı olaraq, ölkədə ilk dəfə birbaşa 2-ci səviyyə “Azaltma” (Reduction) üzrə ACA akkreditasiyasını alması qürurverici bir hadisədir. Qarşıdan gələn COP29 konfransının nümayəndələrinin əsas gəliş məntəqəsi olaraq, bu akkreditasiya hava limanı sənayesinin iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün dünya miqyasında göstərdiyi davamlı səyləri əks etdirir. Birbaşa 2-ci səviyyədə sertifikatlaşdırma o deməkdir ki, hava limanı 1-ci və 2-ci kateqoriyalar üzrə tullantıların azaldılması üzərində fəal işləyir və hava nəqliyyatının dayanıqlı gələcəyinə töhfə verir. Bu mühüm nailiyyətə görə bütün komandaya əhsən», - Avropa Hava Limanları Şurasının (ACI Europe) baş direktoru Olivye Yankovets bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportu fəaliyyətinin ətraf mühitə minimal təsir göstərməsinə və belə bir hal baş verərsə, onun nəticələrinin minimuma endirilməsinə çalışır. ACA proqramının əsas prinsiplərinə uyğun olaraq, ekoloji təşəbbüsləri inkişaf etdirmək və qlobal davamlılıq məqsədlərinə töhfə verməklə daha yüksək karbon akkreditasiyası səviyyəsinə nail olmaq niyyətindəyik”, - deyə Bakı aeroportunun direktoru Teymur Həsənov vurğulayıb.
Hava limanının cari dayanıqlı inkişaf hədəflərinə karbon akkreditasiyası üzrə 3-cü Səviyyəyə (Optimisation) yüksəlmək daxildir. Bu mərhələ karbon tullantılarının optimallaşdırılması və bütün maraqlı tərəflərlə fəal əməkdaşlığı nəzərdə tutur.
ACA proqramı hava limanlarının karbon tullantılarını idarəetmə və azaltma səylərini 7 sertifikatlaşdırma səviyyəsi ilə qiymətləndirir və tanıyır: “Xəritəçəkmə” (Mapping), “Azaltma” (Reduction), “Optimallaşdırma” (Optimisation), “Neytrallıq” (Neutrality), “Transformasiya” (Transformation), “Keçid” (Transition) və 5-ci Səviyyə (Level 5).
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO










