Bakı metrosunda yaranan sıxlığın səbəbi nədir? - AÇIQLAMA - FOTO

“Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında sıxlıq yaşanıb.
Avtosfer.az xəbər verir ki, nəticədə sərnişinlərin stansiyaya daxil olmasında çətinlik yaranıb.
Məlumata görə, sıxlığın yaranma səbəbi stansiya qapılarında dayanan metropoliten əməkdaşlarının üzərində çanta olan şəxsləri sadəcə bir qapıdan daxil olmasına imkan yaratması olub.
Digər qapı çantasız şəxslər üçün nəzərdə tutulsa da, demək olar ki, əksəriyyətin işdən çıxma saatı olduğu və üzərində əşya daşıdığı üçün digər qapı işlək olmayıb.
Məsələyə münasibət bildirən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında qeyd edib ki, sıxlıq platforma səviyyəsinin yüklənməməsi üçün görülən tədbirlə bağlıdır:
“Platforma səviyyəsində sərnişinlər yalnız qatara minib, qatardan düşür, stansiyanı tərk edib, stansiyaya daxil olurlar. O səviyyədə sərnişinlərin hərəkət imkanı məhduddur deyə platformanın yüklənməsinə imkan verilə bilməz. Bu səbəbdən gur saatlar əsas olmaqla gün ərzində stansiyanın platformaları xüsusi nəzarət altında saxlanılır. Metropolitendə ifrat dərəcədə sərnişinin platformaya daxil olmasına icazə vermək olmaz, bu qaçılmaz faciələrə gətirib çıxara bilər. Metropolitenin vəzifəsi sərnişini təhlükəsiz vəziyyətdə daşımaqdır. Əgər platforma səviyyəsində hər hansı sıxlıq müşahidə olunursa, onun ifrata varmaması üçün belə tədbirlərə əl atılır”.
Oxu.Az
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












