Bakı metrosunda yeniliklər olacaq - VİDEO

Yaxın günlərdə metronun ''Xocəsən'' stansiyası istismara veriləcək.
Bunu jurnalstlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O, gələn il xəttə buraxılacaq qatarların sayından da danışıb. Hidayət Məmmədov qeyd edib ki, Rusiyadan alınan sonuncu 10 vaqonlu 2 qatarın 2023-cü ilin əvvəlində xəttə buraxılması gözlənilir.
Hidayət Məmmədov əlavə edib ki, metrostansiyalarda gediş haqlarının bank kartları vasitəsilə ödənilməsi istiqamətində də işlər davam etdirilir. Artıq texniki dizayn işlərinə start verilib, ilkin sınaq işləri uğurla aparılıb.
Qurumun baş mühəndisi Əlixan Osmanov isə bildirib ki, şərti adı "B 4" olan stansiyanın tikintisi 2024-cü ildə başa çatdırıla bilər. Hazırda "8 Noyabr stansiyasından "B 4" stansiyasına qədər tunellər qazılıb. Tunellərin daxilində quraşdırma işləri gedir.
''Gələn ilin sonuna, ən gec halda isə 2024-cü ilin əvvəlinə "B 4" stansiyasının tikintisini başa çatdıra bilərik"-deyə o əlavə edib
Əlixan Osmanovun sözlərinə görə ''yaşıl xətt'' üzrə tikilməsi planlaşdırılan, şərti adı "Y 14" olan stansiyasının layihə sənədləri artıq hazırdır. Maliyyə vəsaitinin yönəldilməsi və digər məsələlər həll edilsə, stansiyanın tikintisinə başlanılacq. Baş mühəndis "Y 15" və ''Y 16'' stansiyaları ilə bağlı məsələyə də diqqət çəkib.
O vurğulayıb ki, ''Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına qədər ''yaşıl xətt'' üzrə üç stansiya nəzərdə tutulub.
Qeyd edək ki,bu gün “Bakı Metropoliteni” QSC-nin 55 illik yubileyi qeyd olunub və 6 Noyabr - Metropoliten işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












