Bakı metrosundakı problemlə bağlı qurum rəsmisindən AÇIQLAMA - YENİLƏNİB

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov səhər saatlarında metronun “İnşaatçılar” stansiyasındakı insidentlə bağlı açıqlama verib.
Qurum rəsmisi Avtosfer.az-a bildirib ki, “BakıKart” ödəniş terminallarında yaranan nasazlıq araşdırılır:
“Problemlə bağlı dərhal aidiyyəti quruma məlumat verilib. Gün ərzində problemin səbəbi araşdırılacaq və həlli istiqamətində zəruri addımlar atılacaq”.
09:12
“İnşaatçılar” metro stansiyasında sərnişinlərlə metropoliten işçiləri arasında mübahisə yaranıb.
Oxu.Az xəbər verir ki, səhər saatlarında metronun “İnşaatçılar” stansiyasında quraşdırılan ödəniş terminallarında yaranan nasazlıq sərnişinlərin narazılığına səbəb olub. Terminal sərnişinlərin pul əsginaslarını qəbul etsə də, ödəniş “BakıKart”ın balansına keçməyib.
Sərnişinlər metropoliten işçilərinə narazılıqlarını bildirərək ödənişin bərpa olunmasını tələb ediblər. Yaranan nasazlıq isə sərnişinlərin sıxlığına səbəb olub.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











