Bakı metrosundan köhnə qatarlar YIĞIŞDIRILIR? - Rəsmi CAVAB

Yay aylarında Bakı metrosunda havasızlıqdan şikayət edənlər durmadan artır. Sərnişinlər xüsusilə pik saatlarda istər platformalarda, istərsə də vaqonlarda nəfəs almağın çətinliyindən gileylənirlər. Demək olar ki, hər gün metroda istidən kiminsə halı pisləşir, ürəyi gedir. Şikayətçi sərnişinlərin tələblərinə görə yay aylarında xəttə ya kondisionerli qatarlar buraxılsın, ya da onların sayı artırılsın.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında sərnişinlərin metroda tənəffüsünü asanlaşdırmaq üçün müəyyən işlər görüldüyünü və bu tıdbirlərin davam etdirildiyini qeyd edib:
“Hazırda “Bakı Metropoliteni” xətlərində hər gün 40-46 marşurut üzrə vaqon istismara verilir. Sərnişinlərin kondinsionerli adlandırdığı yeni nəsil qatarlarının sayı isə 19-dur. Yalnız bu qatarların xəttdə olması və digər qatarların olmaması intervalların ən azı 2-3 dəfə artmasına səbəb olar. Faktiki olaraq metropliten nəqliyyatının intensivliyi sürətini nəzərə alsaq, təbii ki, yolverilməzdir. Metropoliten vaqon parkında olan yeni qatarları daim xəttdə işlədir. Həmin qatarlar xəttdən yalnız normativ tələblərə uyğun olaraq 12-20 saat xəttdə olduqdan sonra depoya texniki baxış, qulluq və xidmət üçün göndərilməlidir. Bu hallar istismar olmaq şərtilə həmin qatarlar daimi xəttdə olur”.
Köhnə qatarlara kondinsioner quraşdırılması məsələsinə gəlincə, Bəxtiyar Məmmədov bu işin həddindən artıq xərc tələb etdiyini qeyd edib:
“Son illərdə Metropolten bu istiqamətdə bütün mümkün araşdırmaları aparıb. Istehsalçı müəssisə və dünyada olan bütün innovativ texxnalogiyaların hər biri öyrənilib. Tətbiqi imkanlarına baxılıb. İstehsalçı müəssisənin verdiyi yekun qərar və rəy belə olub ki, köhnə qatarlara kondinsioner quraşdırılması faktiki olaraq yeni qatarın istehsalı prosesinə bərabər olan bir məsrəf təlıb edir.
Köhnə qatarların yenisi ilə əvəz olunması isə iki vacib şərt əsasında aparılır. Birinci, qatarlar istismar müddətini başa vurmalıdır, ikinci isə yeni stansiyalar açıldıqca, zərurət yarandığı halda yeni qatarların alınması həyata keçirilə bilər.
Hazırda Metroplitenin lokomotik parkında olan vaqonlarının istismar müddəti 30-31 ildir və onlar istismar müddətini başa vurduqca yeniləri ilə əvəz olunur. Vaqon parkındakı köhnə qatarların hamısı işlək və saz vəziyyətdədir”.
Qurum rəsmisi onu da əlavə edib ki, son 2 il ərzində 17 yeni ventilyator alınıb:
“Ventilyatorlar alınarkən müasir dövrün tələbləri, sərnişin sıxlığı və digər məsələlərə xüsusi baxılır. Hətta gələcək dövrün tələbləri də xüsusilə öyrənilir. Tətbiq olunan ventilyatorların istismar olunduğu stansiya və tunellərdə məhz havanın hərarətin aşağı düşməsi də müşahidə olunub. Bu məsələ də davamlı olaraq aparılacaq bir prosesdir. Təbii havalandırma sisteminin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə demfer sisteminin quraşdırılması da başlanılıb. Bu istiqamətdə də işlər müntəzəm olaraq davam etdiriləcək”.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










