Bakı universitetləri rayonlara köçür: 2027 planı nəyi dəyişəcək?

Son illərdə ali təhsil sistemində diqqət çəkən əsas məsələlərdən biri universitetlərin paytaxtda – xüsusilə Bakı şəhərində həddindən artıq mərkəzləşməsidir.
Bu vəziyyət regionlarda həm təhsil imkanlarının məhdud qalmasına, həm də gənclərin kütləvi şəkildə paytaxta axınına səbəb olur. Nəticədə isə bölgələrdə kadr çatışmazlığı dərinləşir, sosial-iqtisadi inkişaf balansı pozulur.
Məhz bu kontekstdə universitetlərin regionlara köçürülməsi və ya ən azı paytaxtdan kənarda güclü ali təhsil ocaqlarının formalaşdırılması məsələsi yenidən aktuallaşıb.
Universitetlər Bakıdan nə vaxt köçürüləcək?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Vüsət Əzizov deyib ki, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində nəzərdə tutulan paytaxt Bakı şəhərində yerləşən universitetlərin regionlara köçürülməsi məsələsi hazırda rəsmi səviyyədə müzakirə və planlaşdırma mərhələsindədir və bu proses dövlətin uzunmüddətli inkişaf strategiyasına daxil edilib:
"Bakıdakı universitetlərin regionlara köçürülməsi və eyni zamanda regionlarda yeni ali təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur. Elm və Təhsil Nazirliyi bu prosesi mərhələli, planlı və iqtisadi-ixtisaslaşma prinsipinə uyğun həyata keçirilməsi lazım olan siyasət kimi qiymətləndirir".
Onun sözlərinə görə, əsas yanaşma Bakı şəhərindən köçürüləcək universitetdə tədris olunan ixtisaslara uyğun regionun seçilməsidir:
"Köçürmə isə tədricən və əsaslandırılmış şəkildə həyata keçilrilməlidir. Köçürülmə prosesinin hazırda analiz və müzakirə mərhələsindədir və hələ ki, konkret universitetlər və regionlar üzrə qərarlar tam təsdiqlənməyib. Bundan başqa da paralel olaraq regionlarda yeni universitetlərin yaradılması artıq pilot yanaşma kimi nəzərdən keçirilir".
Həmsöhbətimiz qeyd edib ki, qeyd olunan proseslərin əsas icra mərhələsi 2027–2030 strategiyası çərçivəsində planlaşdırılır və buna əsasən də ən tez real addımların 2027-ci ildən etibarən başlanması ehtimal olunur:
"2026–2027-ci illər ərzində isə daha çox planlaşdırma,prioritetlərin müəyyənləşdirilməsi və ilkin layihələrin hazırlanması mərhələsi baş tuta bilər. Bu proses zamanı vacib məqamlardan biri filialların sayının artırılması,yeni regional kampusların yaradılması və bəzi universitetlərin qismən və ya tam köçürülməsi kimi mərhələli model gözlənilir"./bakivaxti.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












