Bakıda 33 yaşlı həkimin intihar etmədən öncə yazdığı məktub TAPILDI - FOTO

İki gün əvvəl Bakının Binə qəsəbəsində Milli Onkologiya Mərkəzinin həkimi, 33 yaşlı Rüstəm Maqsudovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həyət evində qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirən həkim hadisə vaxtı əlavə olaraq çoxsaylı dərman həblərini qarışdıraraq içibmiş.
Onun bu yolla ölümünü tezləşdirmək istədiyi ehtimal edilir.
O da məlum olub ki, R.Maqsudov ötən il ailə qurub. Lakin onun izdivacı uğursuz olub və 3 ay sonra boşanıb.
Paytaxtın Xətai rayonunda evi olan R.Maqsudovun vaxtaşırı Binədəki evə gedərək orada istirahət etdiyi bildirilir. Hadisədən sonra evdən onun vəsiyyətnaməsi tapılıb. 33 yaşlı həkim məktubunda ölümünüdə heç kimin günahkar olmadığını qeyd edib. O, şəxsi avtomobilini qardaşına bağışladığını da qeyd edib.
Xatırladaq ki, R.Maqsudov Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra 5 il (2015-2020-ci illər) Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib, ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib. O, intihar etməzdən 1 gün əvvəl işdə olub və günü normal keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












