Bakıda ailənizlə piknik edə biləcəyiniz 14 hektarlıq möhtəşəm parkdan görüntülər - VİDEO - FOTO

Bakı şəhəri, Xətai rayonu ərazisində Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən Heydər Parkı əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Avtosfer.az “iki sahil”ə istinadən xəbər verir ki, Parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.
Ərazisi genişləndirilərək 4 hektardan 14 hektara çatdırılmış parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilmiş, 9 hektar əraziyə qazon örtüyü döşənmiş, 7 km piyada və 1,1 km velosiped zolağı salınmış, 380 işıq dirəyi, 150 oturacaq quraşdırılmış, məlumat lövhələri qoyulmuş, 2500 m2 sahədə avtodayanacaq yaradılmışdır. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilmişdir.
Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılmış, lazımi avadanlıqlar quraşdırılmışdır. Parkda monitor yenisi ilə əvəz edilmiş, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulmuşdur.
Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sosial-ekoloji hədəflərin reallaşdırılmasına, paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verəcək.










ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”












