Bakıda avtobus sürücüləri sərnişinləri daşımaqdan imtina etdi - VİDEO

195 saylı avtobusun sürücüləri sərnişin daşımaqdan imtina ediblər. Onlar iki gündür ki, avtobusların hamısını xətdən çıxararaq qarajda saxlayıblar. Buna səbəb onlarla eyni istiqamətdə qeyri-qanuni sərnişin daşıyan mikroavtobuslardır.
Avtosfer.az xəbər verir ki, sözügedən marşurut avtobusları Binə Ticarət Mərkəzindən Ələt qəsəbəsinə sərnişin daşıyırlar. Sürücülər iddia edirlər ki, həmin istiqamətdə 30-a yaxın qanunsuz mikroavtobuslar da işləyir. Mikroavtobus sürücüləri onların qanuni fəaliyətinə mane olur, sərnişinlər üçün təhlükə yaradırlar. Onlar mikroavtobus sürücülərinin bəzilərinin sürücülük kateqoriyalarının olmadığını da deyirlər
Daşıyıcı şirkətin direktor müavini Mövsüm Kərimov deyir ki, ümumilikdə xətdə 10 avtobus var. Həmin avtobuslar 15 dəqiqə intervalla sərnişindaşıma ilə məşğuldurlar. Hazırda qanunsuz mikroavtobuslarla onların sərnişinləri daşınır. Buna görə də, artıq bir neçə gündür ziyanla çalışırlar. Hazırda şirkət vergi və əməkhaqlarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də sürücülər xəttə çıxmaqdan imtina edirlər. O bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini də deyir.
İddialarla bağlı mikroavtobusların Lökbatan dairəsi yaxınlığında toplaşdıqları məntəqəyə getdik. Əksəri müsahibədən imtina etdi. Bəziləri isə əvvəlcə bu istiqamətdə sərnişin daşımadıqlarını desələr də, sonra bunu etiraf etdilər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, lökbatan dairəsi ətrafında qanunsuz sərnişindaşıma vasitələrinin mövcudluğu və bundan qaynaqlanan xaotik vəziyyət 195 nömrəli avtobusların fəaliyyətinə mənfi təsir etməkdədir. Agentlik qanunsuz sərnişindaşımaların qarşısının alınması üçün bir neçə dəfə müvafiq qurumlara müraciət etsə də, müsbət dəyşiklik baş verməyib. O da bildirildi ki, hazırda 195 nömrəli avtobusların normal fəaliyyətinin təşkili ilə bağlı müvafiq tədbirlər görülür.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, məsələ araşdırılacaq və qanunsuzluqlara qarşı tədbirlər gücləndiriləcək.
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”











