Bakıda bağlanan yollar nə vaxt açılacaq? - DYP-dən AÇIQLAMA
Ötən gün "Formula-1" Qran-prisi üzrə yarışlar yekunlaşıb. Bununla bağlı paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmuşdu. Bəs bağlanan yollar nə vaxt açılacaq?
Avtosfer.az-ın sorğusuna cavab olaraq olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, bu günün sonuna qədər məhdudiyyətlər tətbiq olunmuş küçə və prospektlər açılacaq. "Sabah səhər saatlarında isə nəqliyyat vasitələrinin tam hərəkətinə şərait yaradılacaq."
Bölmə rəisi onu da əlavə edib ki, hazırda paytaxtın cənub qapısından hərəkət etmək istəyənlər Salyan yolunun 14-cü kilometrliyindən kənar dairəvi yol ilə Yeni Yasamal və 20 Yanvar istiqamətindən şəhərə daxil ola bilərlər. "Eləcə də Bayıl qəsəbəsində yaşayan sakinlər qəsəbədaxili yollarla Qurban Abbasov, Teymur Elçin, Mehdi Hüseyn və Lermantov küçələri ilə hərəkət edə bilərlər. Həmçinin Yusif Səfərov küçəsindən 28 May, Rəşid Behbudov və Füzuli küçələri ilə hərəkət mümkündür."
Toğrul Nəsirli onu da bildirib ki, hazırda yarışın keçirildiyi küçə və prospektlərdə yüklərin daşınması prosesi həyata keçirilir ki, onların təhlükəsizliyinin təmin olunması məqsədilə hələlik məhdududiyyət var. "Axşam saatlarına doğru bu məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılacaq və sabah səhərdən etibarən sürücülərin rahat hərəkəti bərpa olunacaq."
Orxan
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












