Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI: Qadının üzünə bıçaqla "şram" atdı - VİDEO

Dünən Yasamal rayonu, İnşaatçılar prospektində baş verən bıçaqlanma hadisəsinin təfərrüatları üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, 24 yaşlı Nuridə Əhmədova 12 bıçaq zərbəsi alıb. Yaralı hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kritik-ağır olduğu bildirilir.
Şahidlərdən biri Kərimə Əsgərova 24 yaşlı qadının bıçaqlanması ilə bağlı bunları deyib: "Çöldən qışqırıq səsləri gəldi. Maşının qapısı açıq vəziyyətdə idi. Ola bilsin ki, qadını yerə yıxmışdı. Sonra onu döyərək saçını yolurdu. Ətrafdakılar, özüm də ona kömək etməyə çalışdıq. O zaman bıçağı ətrafdakılara göstərdi ki, heç kim yaxınlaşmasın. Boğazı, üzü və əlinin kəsilməsini gördüm".
Digər şahid isə bildirdi ki, bıçaqlanan qadın hospitalda işləyib: "Oğlan səhər işdən çıxarkən onun qabağını kəsmişdi. Aralarında söz-söhbət yaranmışdı. Sonra camaatın gözü qabağında onu vurub".
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Araz İsazadə müəyyən olunaraq saxlanılıb.
baku.ws
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












