Bakıda “dəhşətli sentyabr tıxacı” başlayır - çıxış yolu nədir? - VİDEO

Bir neçə gündür ki, paytaxt yollarda günün pik saatlarında müxtəlif istiqamətlərdə tıxaclar yaşanır. Ekspertlər sentyabrın 15-dən, yəni yeni dərs ilinin başlanmasından sonra vəziyyətin daha ciddi olacağını proqnozlaşdırırlar. Bəs aidiyyəti qurumlar nə deyirlər ? Sərnişinlərin artan tələbatını ödəmək üçün hansı tədbirlər həyata keçiriləcək ?
Yeni tədris ilinin başlamasına saylı günlər qalır.On minlərlə şagird və tələbənin təhsil müəssisələrinə gediş-gəlişi paytaxtda yolların yükünü daha da artıracaq. Nəticədə böyük tıxaclar qaçılmaz olacaq.
Bakı Şəhər Dövlət yol polisi idarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, dərs ilinin başlanması ilə əlaqədar paytaxtda hərəkətin intensiv olduğu küçə prospektlərində gücləndirilmiş qayadada xidmət təmin olunacaq. Onun sözlərinə görə, respublika ərazisində qeydiyyata alınan 1 milyon 700 minə yaxın nəqliyyat vasitəsinin 70 faizi Bakıda idarə olunur. Bu, paytaxt yolarında hərəkət dinamikasına ciddi təsir edən əsas amillərdən biridir. Baş inspektor xüsusilə sentyabrın 15-də sürücüləri diqqətli olamağa çağırıb.
Ekspert Ərşad Hüseynov qeyd edib ki, 1 həftədən sonra paytaxt küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edə bilərik. Onun sözlərinə görə indiki vəziyyətdə ictimai nəqliyyat artan təlabatı qarşılamaq iqtidarında deyil. Bakıda xəttə buraxılan avtobusların sayında da azalma müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayev bildirib ki, sentyabrın 15-dən sonra gözlənilən sıxlıq nəzərə alınaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırıması üçün tapşırıqlar verilib.
Verilən tapşırıqların icra səviyyəsi isə sentyabrın 15-dən sonra məlum olacaq.
Bakıda “dəhşətli sentyabr tıxacı” başlayır - çıxış yolu nədir?
Posted by Xəzər Xəbər on Thursday, September 8, 2022
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












