Bakıda dərslər dayandırılıb? - AÇIQLAMA

Paytaxtda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bəzi universitetlərdə dərs prosesinə təsir etdiyi, bəzi universitetlərdə dərslərin dayandırıldığı ilə bağlı xəbərlər yayılıb.
Müşahidə olunan hava şəraiti paytaxtda dərslərə necə təsir edib?
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Xəzər Universitetinin mətbuat xidmətindən bildirilib ki, universitetdə dərslər dayandırılmayıb, lakin onlayn formata keçirilib:
"Xəzər Universitetində dərslərin dayandırıldığı iddiaları doğru deyil. Dərslər dayandırılmayıb, sadəcə bugünlük online formata keçirilib".
Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də bildirilib ki, bu gün dərslərin formatında dəyişiklik edilib:
"Bakalavrlar ənənəvi qaydada dərsə gəliblər. Magistr tələbələri üçün isə bu gün dərslər onlayn formata keçirilib".
Bakı Dövlət Universitetindən isə bildirilib ki, tədris ənənəvi qaydada davam edir:
"Tələbələrin davamiyyəti də qaydasındadır, heç bir problem yoxdur".
Azərbaycan Tibb Universitetindən də bildirilib ki, hazırda davamiyyət qaydasındadır, dərs prosesində axsama və ya dəyişiklik yoxdur, tədris ənənəvi qaydada davam edir.
UNEC-dən də tədrisin ənənəvi qaydada davam etdiyi, hansısa dəyişikliyin olmadığı bildirilib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












