Bakıda iki yeni metro stansiyanın açılacağı vaxt bilindi - RƏSMİ

“Xocasən” metro stansiyasında infrastrukturun qurulması, təchizat sistemlərinin qurulması istiqamətində son tamamlanma işləri gedir. Stansiya ilin sonuna qədər təhvil veriləcək. Bura həm stansiya, həm də elektrik deponun birinci mərhələsi daxildir".
Bu sözləri açıqlamasında "Bakı Metropoliteni " QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O əlavə edib ki, bənövşəyi xəttin inkişaf mərhələsinə uyğun olaraq daha sonra elektrik deponun ikinci və üçüncü mərləsi ilə bağlı inşaat işləri aparılacaq.
Qurum rəsmisi şərti adı B4 Bakının Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa olunan metro stansiyasından danışıb: "B4 stansiyasında inşa işləri gedir. Birinci və ikinci səviyyədə geoloji məsələrlə bağlı ciddi problemlər olmayıb. Hazırda üçüncü səviyyədə qurunt işləri gedir və tikinti planlaşdırlmış axarı ilə davam edir. Dördüncü səviyyədə işlər yekunlaşdıqdan sonra təhvillə bağlı açıqlama ediləcək. Gələn ilin sonuna qədər qurunt məsələləri ilə bağlı işlərin yekunlaşacağı gözlənilir.
Bənövşəyi xəttin özü yeraltı 12 stansiyadan ibarət olacaq. B4-dən sonra digər stansiyaların da mərhələli şəkildə inşaası həyata keçiriləcək".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











