Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda çoxmənzilli binaların həyətində yaşanan parklanma problemi Nərimanov rayonunda narazılıq doğurub. Məmməd Araz küçəsi 23-25 ünvanı ünvanında yaşayan sakinlər ümumi istifadə sahəsinin sürücülərdən biri tərəfindən zəbt edilməsindən narahatdırlar.
Avtosfer.az xəbər verir ki, sakinlərin Demokrat.az-a bildirdiyinə görə, 10-FL-017 dövlət qeydiyyat nişanlı "Land Rover" markalı avtomobilin sahibi bina qarşısında özbaşına xüsusi qurğu quraşdırıb.
Həmin ərazi bütün bina sakinlərinin bərabər hüquqlu istifadəsi üçün nəzərdə tutulsa da sürücü yeri yalnız özü üçün bağlayaraq qanunsuz parkinq zonası yaradıb.
Məhəllədə onsuz da avtomobillər üçün yer qıtlığı yaşandığını deyən sakinlər hər gün boş sahə tapmaq üçün 15 dəqiqə vaxt itirdiklərini vurğulayırlar.
Belə sıxlıqda ümumi ərazinin bir nəfər tərəfindən qanunsuz mənimsənilməsi digər sürücülərin hərəkətini və parklanma imkanlarını tamamilə məhdudlaşdırıb.
Vətəndaşlar aidiyyəti dövlət qurumlarının məsələyə müdaxilə etməsini və qanunsuz quraşdırılmış maneənin aradan qaldırılmasını gözləyirlər.
Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Aritektura Komitəsinə informasiya sorğusu göndərilib, hələlik sorğumuza cavab verilməyib.








“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












