Bakıda tələbə qızlar aldadılaraq qaçırılırlar? - FOTO

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər və Dövlət Pedaqoji universitetlərinin yaxınlığında bir nəfər kişinin tələbələrdən pul istəməsi barədə məlumat yayılıb.
İddia edilib ki, kişi tələbələrə əlindəki dərmanı göstərərək aptekdən onu almaqda kömək göstərilməsi adı ilə aldadır. Ərazidə qızların itdikləri də vurğulanıb.
Eyni zamanda, iddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb və daha sonra sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.
Məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yazılan iddialar nəzarətdə saxlanılmaqla araşdırılma davam etdirilir:
“Adam oğurluğu ilə bağlı polis orqanlarına müraciət daxil olmayıb”.
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı saytımıza bildirib ki, təhsil ocağı və tələbələri ilə bağlı hər hansı problem qeydə alınmayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov isə qeyd edib ki, qurumun həmin korpusunda təhsil alan tələbəsi intihar etməyib:
“Tələbələrimiz arasında da qaçırılan yoxdur. Küçədə hər hansı bir şəxsin tələbələrə yaxınlaşması ilə bağlı DİN tərəfindən araşdırma aparılır. Qeyd edim ki, son bir ay ərzində universitetinin Ak.Həsən Əliyev küçəsində yerləşən korpusunda oxuyan ikinci kurs tələbəsi 14-cü mərtəbədə yerləşən evində paltar asarkən ayağı sürüşərək yıxılıb və dünyasını dəyişib. Əsas korpusda təhsil alan başqa bir tələbəmiz isə dəm qazından vəfat edib”.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












