Bakıda yeni yolun tikintisi davam edir – FOTO

Azərbaycan Prezidentinin təsdiq etdiyi “Bakı şəhərində və ətraf qəsəbələrdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025–2030-cu illər Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhərində Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi intensiv şəkildə davam etdirilir.
Dövlət Proqramına əsasən, yeni avtomobil yolu sahəsi 6 hərəkət zolağından ibarət olacaq, ümumi uzunluğu 3,9 km (əlavə olaraq – 2,6 km qollar, çıxış və giriş yolları) təşkil edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
Avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və 112 metr uzunluğunda 3 yeraltı piyada keçidi inşa ediləcək.
Yeni yol layihəsi Xəlil Rza Ulutürk və Müzəffər Nərimanov küçələrinin kəsişməsindən başlayır, “Ulduz” metrostansiyasının yaxınlığından keçir, sonra ümumi uzunluğu 1240 metr olan iki tuneldən istifadə etməklə mövcud metro xətləri və dəmir yolu xəttinin altından keçərək Əliyar Əliyev küçəsinə qədər davam edir.
Oradan yol Yusif Vəzir Çəmənzəminli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər uzanır, bu zaman 550 metr uzunluğunda tuneldən keçir, sonra isə Aşıq Molla Cuma və Zaur Nudirəliyev küçələrinin kəsişməsində yerləşən dairəvi hərəkət nöqtəsindən keçərək Koroğlu Rəhimov küçəsini ötür və Həsən Əliyev küçəsinə qədər uzanır.
Eyni zamanda, yeni yol sahəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində 410 metr uzunluğunda tunelin inşası nəzərdə tutulur; bu ərazilərdə tikinti işləri aparılır.
Layihəyə uyğun olaraq, yolun 3-cü kilometrində və Mirzə Uluğbəy küçəsində yeraltı piyada keçidlərinin inşası davam edir.
“Xatırladırıq ki, tikinti işləri ilə əlaqədar olaraq qeyd olunan küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır. Sürücülərdən xahiş olunur ki, bu ərazilərdə hərəkət zamanı diqqətli olsunlar, yol hərəkəti qaydalarına riayət etsinlər və tikinti sahələrində qoyulmuş müvəqqəti yol nişanlarının tələblərinə əməl etsinlər”, – Dövlət Agentliyindən bildirilib.





İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












