Bakıda yeniyetmələri intihara hazırlayan qurğular peyda olub - VİDEO

Bakıda yeni virtual zonalar yaradılıb. Avtosfer.az xəbər verir ki, sözügedən əyləncə məkanları paytaxtın müxtəlif ictimai məkanlarında – “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzləri və s. yerlərdə fəaliyyət göstərir. Hansı ki, orada müxtəlif oyunlarla yanaşı, hündürmərtəbəli binalardan yıxılaraq “ölüm” anlarını da yaşamaq olur. Üzlərinə xüsusi qurğu taxılan şəxslərə yüksəkmərtəbəli binadan aşağı yıxılma, yerə çatana qədər olan proses və sonuncu mərhələ – yerə düşmə və bütün ətrafın ağ rəngə boyanması anlarının hər biri virtual olaraq yaşadılır. Sözügedən məkandan çəkilən görüntülər TikTok platformasında sürətlə yayılır, xüsusilə də gənclər tərəfindən buna böyük maraq göstərilir. Müşahidələrimizdən də aydın olur ki, “ölmək” istəyənlərin demək olar ki, hər biri gənclərdir. Qiyməti 5 manatdan başlayan bu zonalar nə qədər əyləncə və adrenalin yaşatsa da insan şüuruna təsir edən müxtəlif məqamlarla diqqəti çəkir. Ora gedən insanların bəziləri bir daha bu prosesi etməyəcəklərini, bəziləri isə çox pis qorxduqları üçün qorxularını aradan qaldırmaqçun bunu etdiklərini bildirirlər.
Məsələ ilə bağlı aidiyyatı qurumlardan açıqlama yoxdur.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












