Banner

Bakıda yol kənarlarındakı bu kameralar kimi çəkir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Gündəm 16 May 2025 15:00 Oxunub 2726
Bakıda yol kənarlarındakı bu kameralar kimi çəkir? - RƏSMİ AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər paytaxtda bir sıra şəxslər tərəfindən yol kənarına kamera quraşdırılması ilə bağlı videolar paylaşılır.

Avtosfer.az-ın sosial media hesabına da göndərilən videolardan aydın olur ki, Bakının bəzi yollarında bir neçə kamera ilə nəqliyyat vasitələrinin lentə alınması müşahidə olunur.
Saytımıza üz tutan sürücülərdən biri bildirib ki, hər iki istiqamətdə, həm maşınların kameraya yaxınlaşmasını, həm də arxadan uzaqlaşmasını çəkirlər, kim olduqları da bilinmir. Artıq 1 həftəyə yaxındır ki, baş tutan proses sürücüləri narahat etməyə başlayıb.


Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik. Qurumun mətbuat katibi Tural Orucov Avtosfer.az-a bildirdi ki, çəkilişlər qurum tərəfindən aparılır:
“AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir”.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh