Bakını tıxacdan bu üsulla xilas etmək olar - AÇIQLAMA

Hər il sentyabrın 15-də məktəb və universitetlərin açılması ilə paytaxt yollarında hərəkət intensivliyi daha da artır. Şagird və tələbələrin dərs mövsümünə başlaması ictimai nəqliyyatda və əsas magistral yollarda sıxlığa səbəb olur.
Artan yük fonunda gündəlik hərəkət edən sürücüləri və sərnişinləri ən çox düşündürən məsələ isə tıxac probleminin necə həll ediləcəyi və bundan yayınmaq üçün hansı addımların atılmalı olduğudur.
Sentyabrın 15-dən etibarən, nəqliyyatda problem yaşamamaq üçün nə etmək lazımdır? İntensiv tıxacların qarşısı necə alınmalıdır?
Məsələ ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, son 1 həftədə baş verən tıxacların səbəbi paytaxtımızda keçiriləcək yarışlardır:
“Son bir həftədə yaranan tıxacların səbəbi Neftçilər prospektində keçirilən Formula1 ilə bağlıdır. Əhmədli, Yeni Günəşli, Bakıxanov istiqamətlərində hərəkət edən nəqliyyat vasitələri adətən Neftçilər prospektinin Bayıl istiqamətində şəhərdən çıxırdılarsa, indi hamısı Nərimanov istiqamətinə, Xətai ərazisinə və alternativ yollara yönəlib. Bu da ciddi tıxaclara şərait yaradır".
Ekspert yeni tədris ilinin başlaması ilə nəqliyyat intensivliyinin daha da artacağını vurğulayıb:
“Tədris ili hələ başlamayıb. Sözsüz ki, tədris ili başlayanda şəhərdə nəqliyyat axınının intensivliyi bir az da artacaq. Övladlarını məktəbə aparan valideynlər, məktəb avtobusları yollarda intensivliyin artmasına səbəb olacaq. Bilirsiniz ki, Bakı Yerüstü Nəqliyyat Agentliyi keçən il 3180 avtobusla xidmət göstərirdi. İndi bununla bağlı açıqlama veriblər ki, tədris ili başlayanda Bakı şəhərində 120 ədəd əlavə nəqliyyat vasitəsi istifadəyə veriləcək. Beləliklə tıxacla bağlı bizim problemimiz dərinləşəcək”.
Müsahibimiz əlavə edib ki, tıxacların qarşısını almaq üçün bir sıra üsullar və dünya təcrübəsindən çoxlu nümunələr var:
“Yolötürücülərin sayı artırılmalıdır. Bakı-Sumqayıt istiqamətində hərəkət tənzimlənməlidir. İctimai nəqliyyatın hərəkət dinamikası inkişaf etdirilməlidir. Eyni zamanda metrolardan istifadə olunmalıdır. Əgər ictimai nəqliyyat mükəmməl olsa, təbii ki, nəqliyyat vasitələrinin azalmasına səbəb olacaq. İnsanlar əsasən tıxacsız hərəkətə üstünlük verəcəklər”.(sfera.az)
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO
Bakıda iki yol bağlanır - Təmir işləri aparılacaq
Daha bir marşrut xəttinin avtobusları yenilənir - Son dayanacağı bu ünvan olacaq
Altı ay ərzində baş verən qəzaların sayı niyə artıb? - SƏBƏBLƏR
Prezidentin maşınında selfi çəkdi - FOTO
Binəqədi şosesində təhlükə saçan çuxurlar: Sürücülər ziyanla üz-üzədir - VİDEO
Heyvanlar necə daşınacaq? - Ölkə daxilində bu maşınlardan istifadə oluna bilər
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Heç bir dövlətin sərhədləri ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz - İlham Əliyev
Sabah günorta saatlarında çölə çıxmayın - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - VİDEO










