Bakının bu küçələrində hərəkətin təşkili necə dəyişəcək? – EKSPERT AÇIQLADI – VİDEO

Artıq ötən ilin əvvəlində ölkə başçısı Prezident İlham Əliyevin “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq etməsi ilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkəti təşkilində müxtəlif dəyişikliklər həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, ötən həftə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də bir sıra dəyişikliklərlə bağlı məlumat yaydı. Dəyişikliklərdən aparılacaq küçələrdə tıxacın aradan qalxacağı və nəqliyyatın hərəkətinin axıcılığını təmin etmək mümkün olacaq. Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında bəzi küçələrdəki hazırkı vəziyyət və hansı dəyişikliklərin ediləcəyi ilə bağlı məlumat verib. O qeyd edib ki, dəyişikliklərlə yanaşı eyni zamanda Həsən Əliyev küçəsi ilə “Koroğlu” metrosunu birləşdirən yeni yolun çəkilməsi də planlaşdırılır:

“Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib. Yeni yolun bu ilin yayına qədər tikintisinin başa çatdırılması gözlənilir. Tbilisi prospektində hərəkətin təşkili ilə bağlı müəyyən dəyişikliklər planlaşdırılır. Xüsusilə Həsən Əliyev küçəsi ilə prospektin kəsişməsində dəyişikliklər ediləcək. “Şamaxinka” ərazisində bu dəyişikliklər edilib, işıqforlar quraşdırılıb. Bu ərazidə ediləcək dəyişikliklərlə bağlı da 2 gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində müzakirə oldu. Biz də öz təkliflərimizi verdik. Hesab edirik ki, “Şamaxinka”dakı geriyə dönmə nöqtəsində müəyyən nizamlamalara ehtiyac var. Belə ki, tunelə girməyib sağla “Şamaxinka”ya girənlər gəlib 4 zolağı zəbt edir. Təklif isə ondan ibarətdir ki, geriyə dönən avtomobil idarəçiləri 2 zolaq üzrə hərəkət etsin ki, 2 zolaqla da düzünə gedənlər hərəkət edə bilsin”.
Həmin videonu sizə təqdim edirik.
Səfər
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












