Bu prospektdə 100-dən çox yağış barmaqlığı oğurlanıb; maşınlara ziyan dəyir - AÇIQLAMA

Son günlər sürücülər 8 Noyabr prospektində yağış barmaqlıqlarının yerində olmaması barədə şikayət edirlər. Avtosfer.az-a müraciət edən sürücülər bildirir ki, avtomobillər qəfildən həmin "lyuklara" düşür və ziyan çəkirlər.
Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab verən Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hadisədən xəbərdardırlar. "Bu barədə polisə də məlumat verilib. Yağış barmaqlıqlarını oğurlayıb 5-6 manata metal qəbulu yerlərinə satırlar. Dəfələrlə polis oğruları tutub. Amma yenə də bu əməllər davam edir."
Anar Nəcəfli bildirib ki, təkcə ötən il adıçəkilən prospektdən 100-dən çox yağış barmaqlığı oğurlanıb. "Şəhərin bir çox küçə və prospektlərində analoji vəziyyətlə qarşılaşırıq. Belə olduqda yeniləri sifariş verilir və 3-4 gün ərzində yerinə qoyulur. Ümumiyyətlə, bir çarə qalır ki, həmin qapaqları yerə zəncirləyəsən".
Orxan
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












