Bakının mərkəzində azyaşlılar gecə vaxtı diləndirən şəxs saxlanıldı- VİDEO - YENİLƏNİB

Bakıda azyaşlıları dilənçiliyə sövq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsi, Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə Bakı metrostansiyalarında 4 azyaşlını dilənçiliyə sövq edən 1984-cü il təvəllüdlü R.Məmmədova saxlanılıb. R.Məmmədova öz qohumlaının övladlarını dilənçiliyə sövq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsilə inbzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallara baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Məmmədova 10 gün müddətində inzibati həbslə tənbeh edilib. Azyaşlıların valideyinləri Polis Şöbəsinə dəvət olunaraq profilaktiki söhbətlər aparıldıqdan sonra övladları onlara təhvil verili
***
Paytaxtda gecə saatlarında uşaqların əməyini istismar edən bir qrup şəxs peyda olub. Belə ki, Nizami küçəsində insanların xoş niyyətindən sui-istifadə edərək azyaşlıları gül satmağa məcbur edirlər.
Kadrlarda olan uşaqların 11-12 yaşı var. Kameranı görən kimi qaçsalar da, Baku TV-nin əməkdaşı uşaqlardan birini şifahi şəkildə danışdırmağa müvəffəq olub. Qızcığazın dediyinə görə, 12 yaşı var, ara-sıra məktəbə gedir.
Azyaşlı deyir ki, gecə gec saatlara qədər 8 manatdan təxminən 8-9 gül sata bilir və bunun müqabilində 7 manat alır. Təəssüf ki, onları bu işə məcbur edənin kimliyini öyrənmək mümkün olmayıb.
Mövcud qanunvericiliyə əsasən, uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağandır. Həmçinin Konstitusiyamıza və əmək qanunvericiliyinə görə, uşaqların işə qəbul edilməsi üçün minimum 15 yaşları tamam olmalıdır.
Bəs görəsən, belə uşaqların valideynləri ilə bağlı qanunvericilikdə nələr nəzərdə tutulub?
Hüquqşünas Hüseyn İsmayılov qeyd edib ki, Ailə Məcəlləsinə görə, uşağa qarşı istismar həyata keçirildiyi halda digər valideynin, yaxın qohumların, yaxud da yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaların və yerli icra hakimiyyəti orqanlarının müraciəti ilə onlar valideynlik hüququndan məhrum edilə bilər.
Maraqlıdır ki, bütün bunlar şəhərin düz mərkəzində, demək olar ki, əksər qurumların gözləri önündə baş verir. Bəs görəsən, aidiyyəti şəxslər bu azyaşlıları niyə görmür?
Ətraflı videonu təqdim edirik:
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












