Bakının yağış sularından təmizlənməsi davam etdirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Avtosfer.az-a bildirilib ki, hazırda Bakı şəhəri və Abşeron yarımadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.
Digah qəsəbəsi, Bakıxanov küçəsində kanalizasiya şəbəkəsi olmayan gölətrafı evlərə və həyətyanı sahələrə yığılan yağış sularının Bağlar Sukanal İdarəsinin quraşdırdığı nasoslar vasitəsilə ərazidən gölə təxliyə edilməsi işləri davam etdirilir.
Xəzər rayonu Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsi, Döngə 2-də intensiv yağışlar nəticəsində toplanmış sular nasos vasitəsilə ərazidən kənarlaşdırılır.
Sabunçu rayonu, Sabunçu vağzalının qarşısı yağış sularından təmizlənir.
Xəzər rayonu Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində nasos quraşdırılıb. Nasosun çıxış xəttindən diametri 160 mm-lik boru xətti çəkilərək yağış sularının kənarlaşdırılması həyata keçirilir.
Bağlar Sukanal idarəsinin əməkdaşları Məmmədli kəndi N. Nərimanov küçəsindəki tullantı su şəbəkəsi olmayan ərazidən evlərə və həyətyanı sahələrə yığılan yağış sularının təmizlənməsi işlərini icra edirlər.
Xəzər rayonu Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivinə intensiv yağışlar nəticəsində toplanmış sular quraşdırılmış nasos vasitəsilə ərazidən kənarlaşdırılır.
Novxanı bağlarının kanalizasiya şəbəkəsi olmayan ərazilərindən yağış sularının təxliyə edilməsi işləri davam etdirilir.
Sukanal idarələri xidməti ərazilərindən normadan dəfələrlə artıq olan yağış sularının kənarlaşdırılmasını gücləndirilmiş iş rejimində intensiv, fasiləsiz şəkildə davam etdirilir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












