“Baksol yolu”na cəmi 2 sm qalınlıqda asfalt vurulub? – Agentlikdən AÇIQLAMA - VİDEO

Bu gün oxuculardan biri Avtosfer.az-a müraciət edərək Binəqədi rayonu ərazisində aparılan yol təmiri barədə narazılığını bildirib. Vətəndaş video göndərərək bildirib ki, keyfiyyətə nəzarət edən yoxdur. Ona görə də, asfaltı çox nazik, hətta bəzi yerlərdə 2 sm vurublar: “Dünən yolun bir hissəsi açılmalı idi, qaldı 5 noyabra. Və dünən bu çəkilən asfaltın bir hissəsinə artıq boya da vurulub, onun üçün Sizə məlumat verdim,
Əslində bu videonu dünən çəkdim, düşündüm ki, ikinci qatı da vurarlar. Amma düşündüyümüz kimi olmadı”.
“Baksol yolu”ndan daha çox yük avtomobillərinin istifadə etdiyini nəzərə alsaq, yolun tez bir zamanda sıradan çıxacağını düşünmək olar. LakinAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, vətəndaşın göndərdiyi videoda əks olunan mənzərə son deyil: “Ora vurulan asfalt hamarlayıcı qatdır. Bu da 5 sm də ola bilər, 2 sm də. Çünki hamarlayıcı qatdır və bunu hər yerə vurmurlar, harada ehtiyac olursa orada istifadə edilir. Onun üzərindən isə hazırda iki qat asfalt vurulur. Onların da qalınlığı 5-7 sm olur. Ümumilikdə 12 sm qalınlıq olur. Bəzi yerlərdə hətta 15 sm qalınlıq olacaq”.
Elmin
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












