“BakuBus” yoxa çıxardığı 303 avtobusla bağlı niyə AÇIQLAMA vermir?

Dövlətin “BakuBus” MMC üçün aldığı 715 avtobusun yoxa çıxan 303-nün aqibəti haqda hələ də rəsmi açıqlama verilmir. Əslində Hesablama Palatası bir neçə il əvvəl bu faktı ortaya çıxarıb və məlum olub ki, Bakı Nəqliyyat Agentliyi 303 avtobusun istifadəyə yararlı müxtəlif ehtiyat hissələrini söküb digərlərinə quraşdırıb.
Yəni indiyədək 80 milyon manat vəsait hesabına alınan avtobusların 25 faizi istismara yararsız hala gətirilib. Acınacaqlısı isə odur ki, onları təmir etmək də mümkün deyil.
2015-ci ildə dövlət tərəfindən alınan 715 avtobusun 303-ü sıradan çıxıbsa, yerdə 412 avtobus qalır. Həmin avtobusların isə gündəlik 100-120 ədədi xəttə buraxılmır. Hansı səbəbdən buraxılmadığı da məlum deyil. Məsələ burasındadır ki, aidiyyəti qurumlar zəhmət çəkib nə yoxa çıxan, nə xəttə buraxılmayan avtobusları araşdırır, nə də qanunsuz addımın qarşısı alınır. Deməli burada qaranlıq məqamlar və qüsurlar var. Qəbul edilməyən isə sərnişinlərə bilərəkdən problem yaradılması və onlara etinasız münasibətdir.
Onu da qeyd edək ki, son vaxtlar BNA “BakuBus”la bağlı heç bir prosesə müdaxilə etmir. Halbuki Hesablama Palatasının araşdırıb ortaya çıxardığı məsələdə birbaşa BNA ittiham olunur.
Qurumun başqa bir məsələdə də adı çəkilir.
Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın “Bakubus” MMC-yə ayrıldığını bildirib. Nazirlər Kabinetinin müvafiq qərarında 7,5 milyon manatın BNA vasitəsilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə ödənilməsi tapşırılıb. Lakin vəsaitin hamısını BNA həmin vaxt öz tərkibində olan “Bakubus” MMC-yə köçürüb.
Qeyd edək ki, Bizim.Media iki həftəyə yaxındır ki, “BakuBus” MMC-yə məsələlərlə bağlı rəsmi sorğu göndərib. Qurumun mətbuat katibi Qabil Babayev sorğulara rəsmi email ünvanından cavab veriləcəyini desə də, suallarımız cavabsız qalıb.
Ümid edirik ki, avtobuslarının sayını azaldıb vətəndaşları narazı salan “Bakubus” məsələyə aydınlıq gətirəcək.
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










