Baş nazirdən mühüm QƏRAR: çörəyin qiymətinə necə təsir edəcək? - VİDEO

Ölkəmizə idxal olunan çörək mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir qərar imzalayıb. Bəs çörəyin hazırlanmasında istifadə olunan bu əlavələrin gömrük rüsumundan azad edilməsi çörəyin qiymətinə necə təsir edəcəkmi?
Avtosfer.az xəbər verir ki, bu gündən etibarən çörək mayaları dövlət rüsumundan azad edilib. Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb. İlin sonuna kimi qüvvədə olacaq, yəni müvəqqəti xarakter daşıyan bu dəyişiklik dünya bazarlarında taxıl məhsullarının bahalaşması ilə əlaqələndirilir. Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən dünya ixracatçıları öz taxıl ehtiyatlarına kvota qoyublar. İqtisadçı ekspert Fuad İbrahimov məhz un məhsullarının yerli istehsalında əlavə bahalaşmaların qarşısnı almaq üçün bu cür addımların atıldığını deyir. Qida eksperti Fuad Ağayev də düşünür ki, xəmir mayalarının gömrük rüsumundan azad edilməsi un məmulatlarının qiymətinə cüzi də olsa təsir edəcək. Bundan başqa, Azərbaycana idxal edilən bir sıra tərəvəz bitkilərinin toxumları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar da gömrük rusumundan azad edilib. Qərar 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












