Baş nazirin müavini və general-mayor magistral su xəttində baş vermiş qəza yerinə gediblər

“Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.
Avtosfer.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.
Füzuli Əsədovun sözlərinə görə, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.
“Əraziyə Nazirliyin 10-dan artıq texnikası və 14-ə yaxın nasosu gətirilib. Məqsədimiz ilk növbədə magistral yolun tam açılmasına nail olmaqdır. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub”.
oxu.az-a açıqlamasında baş nazirin müavini Şahin Mustafayev isə bildirib ki, Bakı-Qazax yolunda su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində suyun verilməsində problem yaranmayıb.
Nazir müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











