Bayrağa növbəti hörmətsizlik: düzəltmək yerinə oradan SÖKÜB ÇIXARDILAR - FOTO

Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən 10 saylı uşaq bağçasında xoşagəlməz hadisə baş verib.
Milli.az-a Kənd sakinlərindən daxil olan məlumata görə, bağçanın fasadından Azərbaycan Bayrağı asılsa da, ortaya belə bir xoşagəlməz mənzərə çıxıb:

Divardan asılan bayraq ora tərs bərkidilib. Ötən gün günorta saat 1 radələrində bunu görən kənd sakini bağçaya daxil olaraq xoşagəlməz halla bağlı səlahiyyətli şəxslərə iradını bildirib. Ona tez bir zamanda bu yanlışlığın aradan qaldırılcağı deyilib.
Lakin elə həmən gün təxminən 3 saat sonra bağçanın yerləşdiyi ərazidən keçən şəxslər fərqli bir mənzərənin şahidi olublar. Belə ki, hadisə şahidləri bir neçə saat əvvəl tərsinə asılan bayrağın söz verildiyi kimi düzəldilmək əvəzinə ümumiyyətlə divardan sökülüb çıxarıldığının şahidi olublar.

Aldığımız məlumata görə, hadisənin üstündən iki gün keçməsinə baxmayaraq sökülən bayraq hələ də yerinə asılmayıb.
Vətən müharibəsinin 2-ci il dönümü və Zəfər bayramının qeyd edilməsi hazırlıqlarının hər addım başı hiss edildiyi bir ərəfədə uğrunda 3 mindən çox şəhid verilən, minlərlə övladının sağlamlığından olduğu üçrəngli şanlı bayrağımıza qarşı bağça rəhbərliyi tərəfindən belə bir hörmətsizlik yolverilməzdir.
Milli.Az bu absurd qərarla bağlı bağça müdirəsinin fikrini öyrənmək məqsədilə onunla əlaqə saxlamağa cəhdlər etsə də nəticə verməyib.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












