Binəqədi rayonunda gecə YOLLARI BELƏ DAĞITDILAR - VİDEO

Binəqədi rayonunda ağaclar qanunsuz şəkildə kəsilir.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər rayon sakinləri tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Əcəmi Naxçıvanı küçəsində tikinti məqsədi ilə qazıntı işləri aparılıb və yaşıllığa ziyan vurulub.
Videoda hər gün eyni yolla işə gedib-gəldiyini söyləyən xanım qeyd edib ki, dünən axşam hər şey qaydasında olub, qazıntı və ağacların kəsilməsi işləri gecə saatlarında edilib.
Yerli sakin bildirib ki, artıq 2-3 heyva ağacı və başqa iri ağacların kəsilib, qarşısı alınmasa, çox güman yerdə qalan 2 çinarın da bu gecə kəsiləcək.
Məsələ ilə bağlı Avtosfer.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə aydınlıq gətirib:
Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı müxtəlifcinsli 8 ağacın qanunsuz kəsildiyi və təbiətə 3990 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











