BNA: "92 avtobusun hərəkət intervalında gecikmələr var"

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 34 müntəzəm marşrut xətti üzrə 92 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
1. Bakı-Sumqayıt şossesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 8-10 dəqiqə gecikmə müşahidə olunur.
2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-8 dəqiqədir.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-12 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şossesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.
5. Zabrat Şossesi – Şəhər istiqamətində sıxlıq. - Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqəyə gecikmə müşahidə olunur.
6. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
Bakının yükü necə azaldıla bilər? - Həll yolları açıqlandı
Bakıda fəaliyyət göstərən köhnə avtobuslar yenilənəcək - AYNA sədri
Qanunsuz pul tələb edənləri həbs və yüksək cərimələr gözləyir - AYNA-dan xəbərdarlıq
Taksilər avtobus zolaqlarından istifadə edə bilər? - AÇIQLAMA
Məqsəd sürücünü cərimə ilə “cəzalandırmaq” yox, onu ...
"Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır" - AYNA sədri
"2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" - Anar Rzayev
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Paytaxtın 24 küçəsində sıxlıq var - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Benzinlə bağlı MÜHÜM XƏBƏR
Restoran və kafelərdə qiymət artımının əsas səbəbləri nədir? – EKSPERT ŞƏRHİ








