BNA əməkdaşlarına xarici şirkət tərəfindən sertifikat verildi - FOTO

Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidmətinin əməkdaşları nəqliyyat sahəsində ixtisaslaşan “NEC” Telekominükasyon və Bilgi Teknolojileri LTD şirkəti tərəfindən keçirilən təlimdə iştirak edib. BNA-dan Avtosfer.-az-a bildirilib ki, əməkdaşlara ictimai nəqliyyatda hərəkətin izlənilməsi və idarə olunması ilə bağlı “Avtomatlaşdırılmış nəqliyyat vasitələrinin izlənilməsi və idarə olunması” sistemi, dispetçer xidmətinin səmərəli təşkili ilə bağlı bilgilər verilib və qabaqcıl təcrübələrlə bağlı təqdimatlar edilib.
Təlimi müvəffəqiyyətlə keçən əməkdaşlara bu sahədə ixtisaslaşmış xarici şirkət tərəfindən sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti marşrutların hərəkət sxeminə, avtobusların dayanacaqdan kənar dayanması və sürət həddinin aşılması hallarına nəzarət, nəqliyyat axınında yaranmış sıxlıqlar zamanı avtobuslararası intervalların tənzimlənməsi kimi vacib xidmətləri özündə birləşdirir.
Fidan
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
















