BNA rəsmisi etiraf etdi: Daşıyıcı şirkətlərə ayrılmış 7,5 milyon “Bakubus”a verilib

Məlum olduğu kimi ötən gün Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətləri Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün ayrılan 280 milyon manatdan (tədbirlər planın 10-cu bəndi) onlar üçün nəzərdə tutulmuş hissənin ödənilmədiyini bəyan ediblər.
Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın “Bakubus” MMC-yə ayrıldığını bildirib.
İctimai televiziyada çıxış edən BNA rəsmisi Bakı şəhərində ərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlərə ayrılmış vəsaitin hansı səbəbdən onlara ödənilməməsi ilə bağlı fikir bildirməyib. O, 7.5 milyon manatın “Bakubus”a pandemiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı verildiyini qeyd edib.
Qeyd edək ki, özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə müraciət edərək 2020-ci ildə pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə dövlətin ayırdığı vəsaitin onlara verilmədiyini bildiriblər. həmin dövrdə “Bakubus” MMC Bakı Nəqliyyat Agentliyinin tərkibində fəaliyyət göstərib.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarında 7,5 milyon manatın BNA vasitəsilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə ödənilməsi tapşırılıb. Lakin vəsaitin hamısı BNA həmin vaxt öz tərkibində olan “Bakubus” MMC-yə köçürüb.
Hüquq-mühafizə orqanlarının və aidiyyəti qurumların məsələyə reaksiya verəcəyi gözlənilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











