Bu alimlərə yüksək vəzifə verildi - SİYAHI

Bir il əvvəl Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrin işinin optimallaşdırılması məqsədilə struktur islahatları aparılıb. Bu islahatlar çərçivəsində bir sıra institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb. Nəticədə Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlərin Tədqiqi və Molekulyar Biologiya institutları fəaliyyətə başlayıb.
Qadın avtomobili səkidə ər-arvadın üzərinə sürüb, kişini döydürdü - VİDEO
Bəs birləşdirilmiş institutlara kimlər rəhbərlik edir?
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah” məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Lakin xeyli müddət keçməsinə baxmayaraq, qurum sualları cavablandırmayıb.
Apardığımız araşdırma nəticəsində məlum olub ki, birləşdirmə nəticəsində yaradılan yeni elmi müəssisələrə aşağıdakı şəxslər rəhbərlik edir:
Geologiya İnstitutu - akademik Akif Əlizadə. Baş direktor.
Coğrafiya İnstitutu - coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani. Direktor vəzifəsini icra edən
Fizika İnstitutu - fizika elmlər doktoru Elçin Hüseynov. Direktor vəzifəsini icra edən.
Kimya İnstitutu - kimya üzrə elmlər doktoru, professor Əfsun Sucayev. İcraçı direktor.
Botanika İnstitutu - biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva. Direktor.
Canlı Sistemlərin Tədqiqi İnstitutu (Zoologiya) - biologiya elmləri üzrə fəlsəfə doktoru İradə Xəlilova. Direktor müavini - Direktorun səlahiyyətlərini müvəqqəti icra edən.
Molekulyar Biologiya İnstitutu - akademik İradə Hüseynova. Direktor.
Riyaziyyat İnstitutu - texnika elmləri doktoru Elxan Səbziyev. Direktor müavini - Direktor vəzifəsini müvəqqəti icra edir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci il aprel ayının 4-də Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla nazirliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:
- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;
- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;
- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;
- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;
- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu;
Bundan başqa, müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik 2 yeni elmi müəssisə yaradılıb. Belə ki, nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun (Gəncə), Bioresurslar İnstitutunun (Gəncə), Aqrar Problemlər İnstitutunun (Gəncə), Nəbatat Bağının (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə, Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.
Həmçinin, nazirliyin tabeliyindəki “Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat Birlikləri ləğv edilib.
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO










