Bu küçədə qanunsuz parkinqə çevrilən səki yenidən bərpa ediləcək - AÇIQLAMA - FOTO

Paytaxtda yaşayış binasının önündəki səkidə qanunsuz parklanma yeri yaradılıb.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz mənzərə Nərimanov rayonu, Təbriz küçəsində qeydə alınıb. İzləyicinin sözlərinə görə, ilin əvvəlində sözügedən ərazidə ağaclar kəsilərək asfalt çəkilmişdi. Lakin bir müddət sonra səkidəki zibil konteynerləri yığışdırılıb və avtomobillərin parkinqi üçün bordürlər quraşdırılıb. Vətəndaş, hətta Nərimanov Rayon İcra Hakimiyyətinin bununla bağlı yerli mənzil-kommunal təsərrüfatı qurumuna tapşırıq verdiyini iddia edib.
Məsələylə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəriman Nərimanov rayonu, Təbriz küçəsində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.
Baxış zamanı müəyyən edilib ki, sözügedən ünvanda parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayıb. Aşkar edilmiş faktla əlaqədar Baş İdarə tərəfindən səkilərin dərhal bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə verilməsinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verilib.
Nərmin




Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
















